Bakıdan Moskvaya uçuşlar bərpa olundu

09.05.2025

Icma.az bildirir, Bakupost saytına əsaslanaraq.


Rusiyanın Moskva şəhəri üzərində hava məkanında olan məhdudiyyətlər aradan qaldırıldığı üçün “Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin Bakı-Moskva-Bakı marşrutu üzrə uçuşları dünən axşamdan bərpa olunub.

Bu barədə Bakupost.az -a AZAL-ın Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, uçuşlar artıq cədvələ uyğun ştat rejimində həyata keçirilir


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью