Bakıdan Neftçalaya qonaq gələn üç yaşlı uşaq suda boğularaq ölüb

19.11.2024

Icma.az bildirir, Oxu.az portalına istinadən.

Bakıdan Neftçalaya qonaq gələn üç yaşlı uşaq suda boğularaq ölüb.

"Report"un məlumatına görə, hadisə rayonun Ballıcalı kəndində qeydə alınıb.

Belə ki, ailəsi ilə birlikdə kəndə qonaq gələn Bakı şəhər sakini, 2021-ci il təvəllüdlü H.X. velosiped sürərkən həyətdə ördəklər üçün qazılaraq su ilə doldurulmuş çuxura düşərək boğulub.

Faktla bağlı araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью