Bakıdan ön cəbhəyə uzanan şərəfli zabit ömrü

06.09.2026

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Milli Qəhrəman Eldar Tağızadənin doğum günüdür

Dövlətçiliyin, qanunun və vətəndaşların təhlükəsizliyinin keçiyində durmaq hər kəsə nəsib olmayan böyük məsuliyyətdir. 1990-cı illərin mürəkkəb, ziddiyyətli illərində xalqımızın başı üstünü alan erməni təcavüzü və daxili hərc-mənclik fonunda polad iradəsi, dərin savadı və sarsılmaz cəsarəti ilə seçilən zabitlərimizdən biri də kapitan Eldar Tağızadə idi. O, təkcə cinayətkarlıqla mübarizədə deyil, Vətən torpaqlarının azadlığı uğrunda gedən döyüşlərdə də ön sırada addımlayaraq adını şərəf salnaməmizə həkk etdi. Daxili işlər orqanlarının peşəkar əməliyyatçısı, Qarabağda separatçılara və cinayətkarlığa qarşı amansız mübarizə aparan kapitan Eldar Tağızadənin şərəfli ömür yolu. 

Eldar Tağızadə üçün zabit şərəfi hər şeydən uca idi. O, qanunun aliliyini təmin etməyi və vətəndaşın təhlükəsizliyini qorumağı özünün həyat amalı seçmişdi.

Eldar Tağızadə 1963-cü il sentyabrın 6-da Bakı şəhərində anadan olub. 1970-1980-cı illərdə Nəsimi rayonundakı 164 saylı məktəbdə təhsil alıb.
Məktəbi bitirən Eldar Bakı Dövlət Universitetinə daxil olur və 1985-ci il buranı fərqlənmə diplomu ilə bitirir. Daha sonra polis olmaq istəyən Eldar Səbail rayon polis idarəsində çalışmağa başlayır. 1989-cu ildə Sverdlovsk şəhərində kurs keçir və baş leytenant rütbəsini alır. Tağızadə Eldar Daxili İşlər Nazirliyində əməliyyat müvəkklili vəzifəsində çalışırdı.

Cəsur polis işçisi tez-tez cəbhəyə gedir və girovların azad edilməsində iştirak edirdi. Onun sayəsində bir çox insan girovluqdan azad edilib. 1991-ci ildə ona kapitan rütbəsi də verilir. Onu DİN-nin Terrorizmə və Banditizmə Qarşı Mübarizə İdarəsinin rəis müavini təyin edirlər və bir il sonra iyunun 3-də Tağızadə yenidən Qarabağa göndərilir.
Döyüş zamanı "Şaka" ləqəbli təhlükəli qatili zərərsizləşdirmək lazım idi. O, polis işçilərinə atəş açaraq gizlənmişdi, Eldar onun gizləndiyi binaya daxil olur, polis kapitanının silahsız olduğunu görən "Şaka" qəfil olaraq Eldarın sinəsinə atəş açır cəsur polis qəhrəmancasına həlak olur.

Azərbaycan Respublikası prezidentinin 3 sentyabr 1992-ci il tarixli fərmanı ilə Tağızadə Eldar Abdulla oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülub. Bakı şəhərindəki küçələrdən biri və təhsil aldığı 26 saylı tam orta məktəb Eldar Tağızadənin adını daşıyır. Eldar Tağızadə kimi mərd və prinsipial hüquq-mühafizə zabitlərimizin keçdiyi şərəfli ömür yolu bu gün polislərimiz və gənc nəslimiz üçün əsl vətənpərvərlik məktəbidir.

Müşfiq MİRZƏ
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью