“Bakıdan Pekinə uzanan dostluq körpüsü Avrasiya coğrafiyasının gələcəyinə təsir edəcək” | …
Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Bakıdan Pekinə uzanan dostluq körpüsü təkcə iki ölkənin deyil, bütövlükdə Avrasiya coğrafiyasının gələcəyinə təsir edəcək”.
“Qafqazinfo” xəbər verir ki, bu fikirləri deputat Nurlan Həsənov bildirib.
O qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan artıq dünyada nəqliyyat-logistika mərkəzinə çevrilib: “Şərqlə Qərbi birləşdirən Zəngəzur dəhlizi, Bakı-Tbilisi-Qars dəmir yolu və Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu kimi layihələr Azərbaycanın dünya ticarətindəki rolunu artırır.
Çin üçün isə bu, strateji əhəmiyyət daşıyan “Bir kəmər, bir yol” təşəbbüsünün əsas sütunlarından biri deməkdir.
Prezident İlham Əliyevin qətiyyətli, uzaqgörən və balanslı siyasəti nəticəsində Azərbaycan artıq regionun deyil, dünyanın diqqət mərkəzində dayanan, sözün əsl mənasında strateji oyunçuya çevrilib.
Çin kimi nəhəng bir dövlətin rəhbərinin Azərbaycanla əməkdaşlığı yüksək qiymətləndirməsi isə bu uğurun göstəricisidir”.
Millət vəkili əlavə edib ki, ən önəmlisi isə bu görüşün arxasında dayanan dostluq ruhudur: “İlham Əliyevlə Si Cinpin arasında yaranmış qarşılıqlı hörmət və inam, xalqlar arasında daha sıx münasibətlərin qurulmasına yol açır.
Tam oxu
Xəbəri oxu