GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
ABŞ konqresmeni Frank Peloni yaxın saatlarda Bakını tərk etməyə hazırlaşır.
Globalinfo.az xəbər verir ki, “Qafqazinfo” diplomatik mənbələrdən məlumatı dəqiqləşdirməyə çalışıb.
Məlum olub ki, Azərbaycan xalqını təhqir etmiş, ermənipərəst ABŞ konqresmeni Frank Peloni “yaddan çıxdığını” zənn edib, Azərbaycanda bu səviyyədə ictimai qəzəblə qarşılaşacağını gözləmirmiş.
Dünən Bakıya gələn, hava limanında və COP29-da Azərbaycan mediasının suallarından qaçmağa çalışan, ötən gün COP29-da ABŞ Konqresinin brifiqinə də çıxmağa razılaşmayan Frank Pelonini axşam qaldığı otelin qarşısında qəzəbli QHT fəalları qarşılayıb.
“Pellone, rədd ol!” şüarları ilə otelə mühafizəçilərinin və yerli hüquq mühafizə orqanlarının köməkliyi ilə daxil ola bilən ABŞ konqresmeni bütün görüşlərini ləğv edib.
Onun oteldə otağından çıxmadığı bildirilir. Frank Peloni Azərbaycan xalqının hiddətindən ehtiyat edir.
Bu gün növbəti dəfə Azərbaycan QHT təmsilçilərinin Peloninin qaldığı otelin qarşısında etiraz aksiyasından sonra onun Bakıya səfərini yarımçıq qoyaraq qaçmağa hazırlaşdığı bildirilir.