Bakıdan rayonlara axın Yollarda tıxac yarandı

20.03.2026

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bu gündən Azərbaycanda Ramazan və Novruz bayramları ilə əlaqədar tətil başlayıb.
Ölkədə ardıcıl 11 qeyri-iş günü olacaq.

Nazirlər Kabinetinin qərarına əsasən, 20, 21, 22, 23, 24, 25, 26, 27, 28, 29 və 30 mart tarixləri qeyri-iş günləri elan olunub.

Modern.az-ın məlumatına görə, 11 günlük tətillə əlaqədar Bakıdan bölgələrə axın başlayıb.

Əməkdaşlarımızın müşahidələrinə görə, Bakıdan bütün rayonlara gedən istiqamətlərdə sıxlıqdır. Bəzi yollarda tıxaclar yaranıb.
Xatırladaq ki, bayramlardan sonra ilk iş günü martın 31-i olacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью