GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
İranın xarici işlər naziri Abbas Əraqçi tezliklə Rusiya və Belarusa səfər edəcək.
Globalinfo.az xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Bəqayi məlumat verib.
Onun sözlərinə görə, A.Əraqçi səfərləri zamanı bu ölkələrin yüksək vəzifəli rəsmiləri ilə danışıqlar aparacaq.
Qeyd edək ki, İranın İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçi dekabrın 7-də Azərbaycana səfər edəcək. O, burada qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin inkişafını müzakirə edəcək.
Azərbaycan xarici işlər nazirinin dəvəti ilə həyata keçirilən səfər iki ölkənin Xarici İşlər nazirlikləri arasında müxtəlif səviyyələrdə davam edən müntəzəm məsləhətləşmələrin tərkib hissəsidir.