Bakıdan sonra İrəvana səfər edəcək

18.09.2025

Icma.az, Unikal.az portalına istinadən məlumat verir.

Avropa İttifaqının genişlənmə üzrə komissarı Marta Kos sentyabrın 19-20-də Ermənistana səfər edəcək. 

"Unikal" xəbər verir ki, səfər Ermənistan və Azərbaycan arasında sülh prosesinin həlledici mərhələsinə təsadüf edir. 

Komissar prezident Vaaqn Xaçaturyan, baş nazir Nikol Paşinyan, baş nazirin müavini Mher Qriqoryan, həmçinin daxili işlər naziri Arpin Sarkisyanla görüşəcək.

O, Avropa Yenidənqurma və İnkişaf Bankı ilə iki layihənin imzalanması mərasimində iştirak edəcək. 

Qeyd edək ki, komissar hazırda Azərbaycanda səfərdədir. 

Ağarza Elçinoğlu 


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью