Bakıdan Sumqayıta yeni marşrut xətti açılır VİDEO

07.12.2024

Milli.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakıdan Sumqayıta hərəkət edəcək 594 nömrəli ekspres marşrutu dekabrın 9-dan fəaliyyətə başlayacaq.

Milli.Az xəbər verir ki, Yerüstü Nəqliyyat Agentliyindən "Xəzər Xəbər"ə bildirilib ki, sərnişinlərin daşınması "BakuBus" MMC-nin "Neoplan" markalı 17 avtobusu ilə həyata keçiriləcək. Avtobuslar arasındakı interval 8 dəqiqə olacaq.

Xezerxeber.az-ın məlumatına görə, ilk avtobus Sumqayıtdan 05:50-də Bakıdan isə 06:20-də yola düşəcək. 

Ekspres xətt üzrə gedişhaqqı 80 qəpik müəyyən edilib. Ödənişlər nağdsız qaydada həyata keçiriləcək.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.
Milli.Az 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью