Bakıdan Türkiyəyə qatarla gediş gəliş başlayır TARİX

28.05.2026

Icma.az xəbər verir, Bakupost saytına əsaslanaraq.


İyunun 2-də Bakı-Tiflis-Qars (BTQ) dəmir yolunun rəsmi açılış mərasimi keçiriləcək.

Bakupost.az xəbər verir ki, təqdimat mərasimi Axalkalaki stansiyasında baş tutacaq.

Tədbirdə Azərbaycan, Gürcüstan və Türkiyənin rəsmi şəxslərinin iştirakı gözlənilir.

Xatırladaq ki, 2017-ci ildən test rejimində işləyən dəmir yolu xəttinin rəsmi açılışı məhz bu il reallaşır. Ümumi uzunluğu 827 kilometr olan magistralın 213 kilometrlik hissəsi Gürcüstan ərazisindən keçir.

Dəmir yolunun Gürcüstan sahəsinin tikintisi bütövlükdə Azərbaycan tərəfindən maliyyələşdirilib. Bu məqsədlə ayrılmış 775 milyon ABŞ dolları məbləğində kredit layihənin gələcək mənfəəti hesabına ödənilməlidir.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью