Yenisabah saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Təəssüf ki, son günlər biz davamlı olaraq Türkiyə mediasında Azərbaycana qarşı davamlı hücumların baş verdiyinin şahidiyik. Yəni bu gün davamlı olaraq bu cür hücumlar davam edir və Azərbaycan hədəf alınır. Azərbaycana qarşı bir ardıcıl təbliğatın aparıldığını görürük”.
Bu sözləri “Yeni Sabah”a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib. O bildirib ki, Azərbaycan özünün siyasətini kiminsə istəyinə görə qurmur:
“Cənab Prezident Yeni Azərbaycan Partiyasının qurultayında da açıq-aydın bu məsələyə xüsusi toxundu və qeyd etdi ki, Azərbaycan öz yolu var, öz həyat tərzi var və Azərbaycan özünün tutduğu müstəqil yolla hərəkət edir və gələcəkdə də bu yolla davam edəcək. Yəni Azərbaycan özünün siyasətini kiminsə istəyinə görə, kiminsə düşüncəsinə görə qurmur. Marqarita pizza
Fərqli dövlətlərin fərqli baxışları, strategiyaları, yanaşmaları ola bilər, amma Azərbaycan xalqının öz ənənələri var, öz dəyərləri var və o ənənələri qorunması istiqamətində bu gün dövlətimiz ciddi addımlar atır”.
C. Məmmədov əlavə edib ki, Azərbaycan türkçülüyün güclənməsində maraqlıdır:
“Bu gün Türkiyədə baş verən, səfirlik qarşısında baş verən aksiyalar, bunlar etiraz aksiyası kimi təqdim olunsa da, həm də bir təxribat xarakteri daşıyır. Hər kəs Azərbaycanın qərarlarına hörmət etməlidir və Azərbaycan qeyd etdiyimiz kimi müstəqil dövlətdir.
Azərbaycan türkçülüyün güclənməsində maraqlıdır. Və təəssüflə qeyd etmək lazımdır ki, sosial mediadakı informasiya hücumlarının arxasında həm də bir sıra digər region ölkələrinin strukturları, qurumları fəaliyyət aparırlar və çalışırlar ki, aramızda olan bu birliyə, həmrəyliyə ciddi bir xələl gətirsinlər.
Hesab edirəm ki, hər bir tərəf maksimum təmkinli, soyuqqanlı olmalı və problemin daha da dərinləşməsinə, münasibətlərin daha da pisləşməsinə imkan verməməlidir. Çünki bu birlik, bu əməkdaşlıq bizim üçün çox önəmlidir və cür məsələlər isə bizim əməkdaşlığımıza ciddi bir formada xələl gətirir və biz bu cür təxribatlara qəti şəkildə imkan verməməliyik”.
Qeyd edək ki, son dövrlərdə Türkiyənin sosial media seqmentində sıravi vətəndaşlardan tutmuş tanınmış şəxslərədək geniş bir kütlə tərəfindən Azərbaycana qarşı təşkil olunmuş informasiya hücumları müşahidə edilir. Bununla yanaşı, Azərbaycanın Türkiyədəki səfirliyi qarşısında etiraz aksiyalarının keçirilməsi də məsələnin təkcə virtual məkanla məhdudlaşmadığını, real müstəvidə də müəyyən gərginlik və narazılıqların yaradılmasına cəhd göstərildiyini göstərir.