Yenicag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Əlbəttə ki, Azərbaycan-ABŞ münasibətləri Tramp administrasiyası dövründə yaxşılaşa və yüksək səviyyəyə qalxa bilər.
Amma ABŞ siyasətində həmişə erməni-amerikan faktoru mövcuddur.
Bununla belə, prezident Donald Tramp bu diaspora təşkilatlarına əhəmiyyət vermir.
O, prezidentliyinin sonuncu dövrünü keçirir və artıq Amerikanın siyasi institutlarına o qədər də əhəmiyyət vermədiyini göstərib”.
Bunu Yenicag.az-la söhbətində ABŞ-nin Azərbaycandakı sabiq səfiri, beynəlxalq ekspert Metyu Brayza deyib.
O, ABŞ-Azərbaycan münasibətlərinin Tramp administrasiyasının dördillik hakimiyyəti dövründə inkişaf perspektivlərini şərh edib. M.
Brayzaya görə, Tramp ABŞ məhkəmələrini görməzdən gəlir və əslində, hakimiyyət bölgüsünü zəiflədir: “Bu isə ABŞ Konstitusiyasının təməl prinsiplərinə ziddir.