Bakıdan Zaqatalaya qonaq getdi, faciəvi şəkildə öldü

24.03.2025

Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı sakini Zaqatalada dəm qazından boğularaq ölüb.

Axar.az xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Aşağı Tala kəndində baş verib.

Belə ki, Bakı şəhər sakini 34 yaşlı Sənan Məmmədovun meyiti yaşadığı evin hamamında aşkarlanıb.

Müayinə zamanı Sənan Məmmədovun dəm qazından boğularaq öldüyü məlum olub.

Faktla bağlı Zaqatala rayon prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, S. Məmmədov bayram günlərini qeyd etmək üçün doğulduğu Zaqatala rayonuna qonaq gəlibmiş.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью