Bakıdanın mərkəzindəki yanğında 6 nəfər tüstüdən ZƏHƏRLƏNİB

07.08.2026

Icma.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.

Bakıda obyektdə baş verən yanğın zamanı 6 nəfər tüstüdən zəhərlənib.
Bu barədə Bizim.Media-ya TƏBİB-dən bildirilib.
Qeyd olunub ki, bu gün saat 11:35 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış qeydə alınıb.
Çağırış ünvanına 4 təcili tibbi yardım briqadası cəlb olunub.
 

Təcili tibbi yardım briqadası tərəfindən 2 kişi Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub. Onlara dərhal zəruri tibbi xidmətlər göstərilib və müayinələr aparılıb. Tüstüdən zəhərlənmə diaqnozu təyin edilən şəxslərin vəziyyəti stabil qiymətləndirilir və müalicələri Toksikologiya şöbəsində davam etdirilir.


4 nəfərə (1 qadın, 3 kişi) isə stresə qarşı və tüstüdən zəhərlənmə ilə əlaqədar yerində yardım olunub.
Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью