Bakıİrəvan danışıqları: Buna hazırıq

13.11.2024

Gununsesi saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan və Ermənistan arasındakı danışıqların təşviqi baxımından daha fəal rol oynamağımıza ehtiyac yaranarsa, buna hazırıq.

Gununsesi.info APA-ya istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.

“Biz Azərbaycan və Gürcüstan arasındakı dostluq münasibətlərimizlə fəxr edirik. Əgər Azərbaycan və Ermənistan arasındakı danışıqların təşviqi baxımından daha fəal rol oynamağımıza ehtiyac yaranarsa, biz buna hazırıq, lakin bu, tərəfdaşlarla məsləhətləşmələrdən asılıdır”, – o vurğulayıb.

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью