BakıKart problemi nə vaxt həllini tapacaq? RƏSMİ AÇIQLAMA | Icma.az
Icma.az xəbər verir, Milli.az saytına əsaslanaraq. Avqust ayından etibarən "BakıKart" tətbiqində texniki nasazlıq yaranıb.
Problemin yaranmasından 3 aya yaxın vaxt keçsə də, hələ də tətbiq istifadəyə verilməyib.
Milli.Az modern.az-a istinadən xəbər verir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, "BakıKart" tətbiqində təkmilləşdirmə işləri davam etdirilir: "Tətbiq yaxın günlərdə istifadəyə veriləcək".
Qeyd edilib ki, vətəndaşların "BakıKart" mobil tətbiqində hesabları və oradakı vəsaitləri silinməyib: "Mobil tətbiqin işi bərpa olunduqdan sonra sərnişinlər hesablarındakı vəsaitdən istifadə edə biləcəklər.
Sərnişinlər ictimai nəqliyyatda ödəniş üçün müvəqqəti olaraq "BakıKart" kartlarından və mövcud digər alternativlərdən (məsələn, "BirBank" və "M10" tətbiqlərində QR-kod yaratmaqla) istifadə edə bilərlər".
Milli.Az Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu