BakıKartda problem: ödəniş etmək mümkün olmadı

15.02.2025

Icma.az, Axar.az portalına istinadən məlumat yayır.

Bu gün Bakı şəhərində ictimai nəqliyyatda onlayn ödəniş sistemi olan BakıKartda ciddi problem yaranıb.

Axar.az Publika.az-a istinadən xəbər verir ki, “K Group” MMC-nin operatoru olduğu sistemdə internet problemi səbəbindən metro və avtobuslarda yarım saata yaxın müddətdə onlayn ödəniş etmək mümkün olmayıb.

Belə ki, bank proqramları və “M10” tətbiqi vasitəsilə edilən ödənişlər BakıKart cihazlarındakı problem səbəbindən köçməyib. Nəticədə ictimai nəqliyyat vasitələrində növbələr və gecikmələr baş verib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью