BakıKartın internet səhifəsi bərpa edildi

09.01.2025

Axar.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

BakıKartın internet səhifəsi bərpa edilib.

Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Bildirilib ki, artıq vətəndaşlar rahat şəkildə BakıKartdakı hesablarına daxil olmaqla şəxsi məlumatlarını və balanslarını görə, eyni zamanda müvafiq əməliyyatları asanlıqla icra edə bilərlər.

Qeyd edək ki, BakıKartdakı hesablar və oradakı vəsaitlər silinməyib. Vətəndaşlar internet səhifəsi üzərindən hesablarında olan vəsaiti BakıKart fiziki kartlarına köçürə, balanslarını artıra, ödəniş və digər əməliyyatlardan istifadə edə bilərlər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью