“BakıKart”ın sahibi olan şirkət kapitalını azaldır

09.04.2025

Icma.az bildirir, Yeniavaz saytına əsaslanaraq.


“K Group” MMC (VÖEN – 1402954871) nizamnamə kapitalının 23 milyon 9 manat 99 qəpikdən 19 milyon 300 min manata qədər azaldıldığını elan edib.
Yeniavaz.com
xəbər verir ki, elanda kreditorlardan 1 ay müddətində öz tələblərini Bakı şəhəri, Tbilisi prospekti 49/C ünvanına bildirmələri istənilib.
Məlumat üçün bildirək ki, “BakıKart”ın sahibi olan “K Group” MMC daha əvvəl “Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar, ev 3. m. 13”də qeydiyyatda olub.
“K Group” MMC-nin dövlət qeydiyyatına alındığı hüquqi ünvanda “GMSA” MMC (VÖEN – 1402774731) adlı daha bir şirkət qeydiyyata alınıb. “K Group” MMC ilə eyni vaxtda – 2014-cü ildə dövlət qeydiyyatına alınan bu şirkətin qanuni təmsilçisi isə ləğv olunan Bakı Nəqliyyat Agentliyinin (BNA) keçmiş rəhbəri Kərimli Vüsal Ağaməmməd oğlu olub.
Murad Məmmədov
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью