Axar.az saytına istinadən Icma.az xəbər verir. Sovet dövründə Bakı şəhərində bir çox filmlər çəkilib.
Mövzuları Amerika ilə bağlı olan filmlərdə çəkiliş üçün əsasən Bakı şəhəri seçilib.
Belə filmlərdən biri də dövrün fantastik filmlərindən biri olan “Amfibiya adam”dır.
1961-ci ildə ekranlara çıxan bu film qısa zamanda populyarlıq qazanmış, baş rolun ifaçıları - İxtiandır obrazını oynayan Vladimir Korenev və Guteyyere obrazını oynayan Anastasiya Vertinskaya bütün 15 respublikada tanınmış, sevilmişdir.
Filmin rejissorları Gennadi Kazanski və Vladimir Çebotaryov, operatoru Eduard Rozovski, bəstəkarı isə Andrey Petrovdur.
Filmdə bəstəkar Andrey Petrovun iki gözəl mahnısı ifa edilmişdir: sözləri şair Solomon Fogelsona məxsus “Dəniz şeytanı haqqında mahnı (Hey, dənizçi!)” və Yuli Druninin “Səyahət edən müğənninin mahnısı (Balıqçı gedir)”.
Bəzi saytlar yazır ki, filmdə mahnını Leninqrad Malı Opera Teatrının solisti Artur Poçikovski ifa edib. Lakin burda yanlışlıq var.
Mahnını oxuyan bakılı Elman Rəsulzadədir. Onun seçilməsi isə təsadüfü olub.