Bakını toz basıb

27.07.2026

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Avtomatik stansiyalardan əldə edilən məlumata əsasən,  Bakıda və Abşeron  yarımadasında tozlu hava şəraiti müşahidə olunur. Hazırda havada tozun miqdarı normadan 1.4-1.7 dəfə artıqdır". 

"Cebheinfo.az" xəbər verir ki,  bunu Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova bildirib.

“Havada müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar lokal xarakterlidir. Belə hava şəraitinə səbəb  bu gün səhər saatlarından   başlayan  güclü şimal-qərb küləyinin yerin üst quru səthində formalaşan  toz kütlələrini ətraf ərazilərə yaymasıdır. Tozlu hava şəraitinin sinoptik şəraitlə əlaqədar sabah günorta saatlarına qədər  davam edəcəyi  gözlənilir”. 

Xəzər 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью