Icma.az bildirir, Olke.az portalına istinadən.
Ölkə.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova bildirib.
O qeyd edib ki, havada müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar lokal xarakterlidir:
"Belə hava şəraitinə səbəb bu gün səhər saatlarından başlayan güclü şimal-qərb küləyinin yerin üst quru səthində formalaşan toz kütlələrini ətraf ərazilərə yaymasıdır".
Gülnarə Abbasovanın sözlərinə görə, tozlu hava şəraitinin sinoptik şəraitlə əlaqədar sabah günorta saatlarına qədər davam edəcəyi gözlənilir.