Bakını və bizi dəvət ediblər, üzv ola bilərik Mirzoyan

28.08.2025

Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İrəvan və Bakı Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) tamhüquqlu üzvlük üçün ərizələr təqdim edib və bu təşkilata üzv olmalıdırlar.

Axar.az xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Ermənistan İctimai Televiziyasına müsahibəsində danışıb.

“Biz müraciətimizi təqdim etdik, Azərbaycan da müraciətini təqdim etdi. Bizi beynəlxalq tərəfdaşlar kimi qarşıdakı sammitə (Tyanjində, 31 avqust – 1 sentyabr) dəvət ediblər və iştirak edəcəyik. Hesab edirik ki, həm Ermənistan, həm də Azərbaycan bu təşkilatın üzvü ola bilər və olmalıdır”, - o bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью