Bakını xilas etmək mümkündürmü? KÜNCDƏN BAXIŞ | Icma.az
Ses qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır. Elçin Bayramlı Bakı şəhəri getdikcə yaşanmaz hala gəlir.
Adi yağış yağarkən şəhər iflic olur, sakinlər ciddi problemlərlə üzləşir.
Şəhərin su altında qalması, hərəkətin dayanması bir yana, hətta canlı itkilər də verilir.
Bu, artıq fundamental problemdir və lokal tədbirlərlə problemin həlli təklifləri tamamilə mənasızdır.
Problem şəhərin həddindən artıq yüklənməsi, xaotik tikililərın sıxlığı və su-kanalizasiya xətlərinin adekvat olmaması ilə bağlıdır.
Bu problemlər təbii olaraq Bakıda böyük infrastruktur problemləri yaradır.
Bəzi ekspertlərə görə, Bakı şəhərinin kanalizasiya sisteminin yenidən qurulması, yağış və çirkab sularının ayrılması, yağış sularının toplanması və təkrar istifadəsi şəhərin ekoloji vəziyyətinin yaxşılaşdırılması və su ehtiyatlarının səmərəli idarə olunması problemin həlli baxımından mühüm əhəmiyyət kəsb edir.
Hesab edilir ki, bu yanaşma, həmçinin şəhərin infrastrukturunun müasirləşdirilməsi və ətraf mühitin qorunması istiqamətində atılan vacib addımlar problemi həll edə bilər.
Tam oxu
Xəbəri oxu