Icma.az bildirir, Tribuna portalına istinadən. 15 sentyabr – yeni tədris ili heç də bizim üçün asan olmayacaq.
Çünki ötən illə müqayisədə tıxacların, sıxlığın qarşısını almaq üçün heç bir iş görülmədi, hər hansı dəyişiklik edilmədi, addım atılmadı.
Yol-nəqliyyat infrastrukturu ilə bağlı bu müddət ərzində heç bir ciddi addım atılmadı, heç bir işin şahidi olmadıq.
Bu bir il ərzində nə yeni metro stansiyası tikildi, nə yeni avtobuslar gətirildi, nə də alternativ yollar salındı.
Bu sözləri Tribunainfo.az-a yol-nəqliyyat eksperti Elməddin Muradlı qarşıda bizi gözləyən tıxac və sıxlıq barədə danışarkən deyib.
Ekspert qeyd edib ki, son zamanlar ictimai nəqliyyata maraq artsa da, şəxsi avtomobildən istifadə edənlərin də sayı çoxalıb: “İllərdir hər sentyabrda biz yollarda sıxlıq, tıxac müşahidə edirik.
Ancaq bu problemin həlli üçün köklü heç bir addım atılmır. Dərslər başlayır, ölkənin dörd bir yanından paytaxta axın başlayır.
Dövlət proqramı da var idi ki, iş və dərs saatları dəyişdirilsin. Bu il də bunun şahidi olmadıq.