Bakının 20 Yanvar dairəsindən Sumqayıta müntəzəm marşrut xətti açılacaq?

26.11.2024

Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

"Gələn ilin yanvar ayından etibarən Bakının 20 Yanvar dairəsindən Sumqayıta müntəzəm marşrut xəttinin açılması nəzərdə tutulur".

Oxu.Az xəbər verir ki, belə bir məlumat sosial şəbəkədə yayımlanıb.

Məlumatın nə dərəcədə həqiqətə uyğun olduğunu dəqiqləşdirmək üçün Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) sorğu ünvanladıq.

Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda marşrut şəbəkəsi təhlil edilir.

"Bu istiqamətdə hər hansı yenilik olarsa, ictimaiyyətə əvvəlcədən məlumat veriləcək".

Əzizə İsmayılova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью