Bakının 30 məktəbində tədris modeli dəyişəcək RƏSMİ

22.06.2026

Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.

Paytaxtdakı 96 və 239 nömrəli tam orta ümumi təhsil məktəblərində yeni təmayül tədris modeli tətbiq edilib.

Bu barədə Redaktor.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, tam orta təhsil səviyyəsində yeni təmayül tədris modelinin tətbiq olunduğu ümumi təhsil müəssisələrinin X sinfinə ümumi orta təhsil səviyyəsini bitirmiş şagirdlər qəbul olunub. 

Qeyd edək ki, növbəti tədris ilində yeni təmayül tədris modeli Bakı şəhərindəki 30 ümumi təhsil müəssisəsini əhatə edəcək.

Yeni təmayül tədris modelinin əsas məqsədi X-XI sinif şagirdlərinin maraq və meyillərinə uyğun olaraq fərdi inkişaf imkanlarını genişləndirmək, müəllimləri təmayül siniflərində uyğun tədris şəraiti ilə təmin etmək, keyfiyyətli və məqsədyönlü təhsil mühiti yaratmaq, eləcə də orta təhsil pilləsində təmayülləşmənin səmərəliliyini artırmaqdan ibarətdir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью