Bakının 7 rayonu milyonlarla manat borca düşdü SİYAHI

04.11.2026

Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Paytaxtın əksər rayonları üzrə Mənzil Kommunal Təsərrüfatı Birliklərinin (MKTB) külli miqdarda vergi borcu yaranıb.

Modern.az Yurd.Media-ya istinadən xəbər verir ki, paytaxt üzrə MKTB-lərin dövlət qarşısında yığılmış vergi borclarının miqdarı aşağıdakı kimidir:

Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi – 6 612 286 manat,

Xətai rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi – 4 282 315 manat.

Nərimanov rayon Mənzil Kommunal Təsərrufat Birliyi – 3 843 530 manat,

Suraxanı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi – 3 422 053 manat,

Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi – 3 246 016 manat,

Səbail rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi – 2 657 115 manat,

Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi – 135 245 manat,

Qeyd edək ki, Nizami və Xəzər rayon Mənzil-Kommunal təsərrüfat Birliklərinin vergi borcu yoxdur. Yasamal, Sabunçu və Pirallahı rayon Mənzil-Kommunal təsərrüfat Birliklərinin isə vergi borcunun olub-olmaması ilə bağlı heç bir məlumat öyrənmək mümkün olmayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью