Bakının altı rayonu niyə hələ də susuzdur?

07.10.2026

Azpolitika.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Oktyabrın 6-da Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) tərəfindən magistral su kəmərində aparılacaq təmir-bərpa işləri ilə bağlı Abşeron, Binəqədi, Sabunçu, Xəzər, Suraxanı, Pirallahı rayonlarının bəzi ərazilərinin su təminatında fasilə yaranacağı ilə bağlı məlumat verilib.

Suyun verilişinin isə oktyabrın 7-də səhər saatlarında bərpa olunacağı bildirilmişdi. Lakin buna baxmayaraq, suyun verilişi hələ də bərpa edilməyib.

"AzPolitika" xəbər verir ki, bu barədə Oxu.az-a vətəndaş müraciətləri daxil olub.

Sakinlərin sözlərinə görə artıq iki gündür içməli su ilə təmin edilməyiblər.

Məsələ ilə bağlı ADSEA-dan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, magistral su xəttində aparılan təmir-bərpa işləri ərazinin relyef xüsusiyyətləri ilə əlaqədar olaraq planlaşdırılandan bir neçə saat artıq vaxt aparıb:

"Hazırda təmir işləri yekunlaşıb, şəbəkə üzərində qaynaq işləri başa çatdırılıb və xəttin su ilə doldurulması prosesi həyata keçirilir. Gün ərzində suyun ünvanlar üzrə mərhələli şəkildə əvvəlki rejimlə verilməsi təmin ediləcək".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью