Bakupost saytından alınan məlumata görə, Icma.az bildirir.
Azərbaycan tərəfindən “arzuolunmaz şəxs” elan edilən “Köklü Değişim Medya” nəşrinin İstanbul təmsilçisi Muhammed Emin Yıldırım sərbəst buraxıldığını açıqlayıb.
"Bakupost" xəbər verir ki, Yıldırım bu barədə X sosial şəbəkəsində paylaşım edib. O, xarici ölkənin dövlət rəsmilərini təhqir etməkdə ittiham olunaraq saxlanıldığını, ifadə verdikdən sonra isə azadlığa buraxıldığını bildirib.
Yıldırım paylaşımında mövqeyindən geri çəkilməyəcəyini və fəaliyyətini eyni prinsiplərlə davam etdirəcəyini vurğulayıb.
“İfadəmi verdikdən sonra sərbəst buraxıldım. Bu münasibətlə bir daha qeyd etmək istəyirəm: Hicab Allahın əmridir. Biz onu qiymətləndirən Azərbaycanlı bacılarımızı heç vaxt tərk etməyəcəyik. Harada olsaq da, İslamın və müsəlmanların şərəfini qorumağa davam edəcəyik”, - deyə o qeyd edib.