Bakının azadlığına yeni nəfəs verildi FOTO

15.09.2026

Icma.az, Bakivaxti saytına istinadən bildirir.

1918-ci ildə Qafqaz İslam Ordusunun Bakının azad edilməsi ilə bağlı tarixi anları əks etdirən nadir fotolara yeni nəfəs verilib.

Bakıvaxtı.az xəbər verir ki, sözügedən tarixi fotolar saytın əməkdaşı tərəfindən rəngləndirilib və müasir texnologiyaların imkanlarından istifadə edilməklə yenidən işlənib.

Qara-ağ görüntülərdə qorunub saxlanılan bir əsrlik tarix rəngli formatda təqdim olunaraq həmin dövrün atmosferinin daha canlı şəkildə təsəvvür edilməsinə imkan yaradır.

1918-ci il sentyabrın 15-də Qafqaz İslam Ordusunun Bakını bolşevik-daşnak qüvvələrinin işğalından azad etməsi Azərbaycan tarixinin ən mühüm səhifələrindən biri hesab olunur. Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun Bakıya daxil olması ilə şəhərin taleyində yeni mərhələ başladı.

Aradan 108 il keçməsinə baxmayaraq, həmin günləri əks etdirən fotoşəkillər Azərbaycanın istiqlal tarixinin canlı şahidləri olaraq qalır.

Bakıvaxtı.az həmin tarixi kadrları rəngləndirərək oxuculara təqdim edir.

Qeyd: Fotoların rəngləndirilməsi tarixi sənədlərin məzmununu dəyişmir, məqsəd görüntüləri müasir auditoriya üçün daha aydın və təsirli formada təqdim etməkdir.

Murad İsmayıl

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью