“Bakının Baş Planına yenidən baxıla bilər” Anar Quliyev

13.11.2024

Icma.az, Gununsesi portalına istinadən məlumat verir.

“Bakının Baş Planı 2040-cı ilə qədər nəzərdə tutulsa da, bir neçə ildən bir real dəyişikliklər nəzərə alınmaqla ona yenidən baxıla və sənəd dəyişdirilə bilər”.

Gununsesi.info  xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev bildirib.

O, həmçinin qeyd edib ki, Baş plana uyğun olaraq bu ilin əvvəlindən paytaxtda transformasiya layihələri icra edilir.

“İctimai nəqliyyatın hərəkəti, piyadalar üçün daha rahat mühitin yaradılması və digər məsələlər Baş Plana uyğun olaraq hər il təşkil ediləcək”, – deyə sədr əlavə edib.

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью