Bizim media saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bizim.Media-nın dəfələrlə gündəmə gətirdiyi məsələlərdən biri də şəhərin mərkəzində, xüsusilə isə Heydər Əliyev sarayının qarşısındakı keçidlərdəki eskalatorların işləməməsidir.
MÖVZU İLƏ BAĞLI:Bir ildir həll olmayan PROBLEM – Bakının mərkəzindəki eskalatorların bəxti nə vaxt AÇILACAQ?
– VİDEO Qeyd edək ki, Mərkəzi Bank istiqamətindən Heydər Əliyev Sarayının qarşısındakı əraziyə çıxmaq üçün istifadə olunan keçidin eskalatorlarının ikisi-aşağı enən, digər tərəfdə isə yuxarıya qalxan eskalator xeyli müddətdir ki, çalışmır.
Sarayın yaxınlığında olan (Bülbül prospekti 33) yeraltı keçiddəki eskalatorlar isə 2 ilə yaxındır ki, işləmir.
Keçidin üçüncü çıxışında adi pilləkən var və istifadəçilərin çoxu o pilləkənlərdən istifadə edir.
Bunun da səbəbi çalışmayan eskalatorla yuxarıya qalxmağın, eləcə də aşağı düşməyin çətinlik yaratmasıdır.
Vətəndaşların haqlı narazılığına səbəb olan problem isə aylardır aidiyyəti qurumlar tərəfindən görməzlikdən gəlinir.