Bakının bəzi ərazilərində qaz təchizatında fasilə yaranacaq

24.11.2025

Moderator.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Tbilisi prospekti ölçü qovşağının girişində yaranmış sızmanın ləğv edilməsi məqsədilə 24.11.2025-ci il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Moderator.az xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, təmir-bərpa işləri aparılan müddətdə 6-cı, 7-ci və 9-cu mikrorayonların, "Motodrom", "Varovski" və "Xutor" yaşayış massivlərinin, M.Ə.Rəsulzadə qəsəbəsinin bir hissəsinin, Biləcəri qəsəbəsinin bir hissəsinin, Y.Hüseynov, X.Natavan, Q.Süleymanov, T.Şevçenko, L.Tolstoy, Ə.Qasımov, R.İsmayılov küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью