Bakının bəzi ərazilərində su kəsiləcək Magistral Kəmər Yenilənir

08.07.2025

Icma.az, Sfera.az portalına istinadən məlumat verir.

Bakıda magistral su kəməri yenilənir.

Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən məlumat verilib.

Bildirilib ki, Binəqədi rayonu, Palçıqlı dağ adlanan ərazidən keçən, diametri 1220 millimetr olan BSK 2 (Sol) magistral su kəmərinin 3400 paqon metrlik hissəsi uzun müddət istismar olunduğundan qəzalı vəziyyətə düşüb.

Kəmərin qəzalı hissəsinin yenilənməsi məqsədilə uzunluğu 560 paqon metr olan polad borunun artıq 200 paqon metrlik hissəsi inşa edilib.

Bu səbəbdən bəzi ərazilərdə müvəqqəti su kəsintiləri və ya təchizatda məhdudiyyətlər ola bilər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью