Icma.az, Baku.ws saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı şəhərində kabel televiziyası və internet xidmətləri təklif edən "KATV1"də ("AG Telekom" MMC) problem yaranıb.
Vətəndaşların BAKU.WS-in "qaynar xətti"nə verdikləri məlumata görə, şirkətin təqdim etdiyi internet xidməti işləmir. İnternet Nizami, Binəqədi rayonu ərazisində kəsilib.
Şirkətdən vətəndaşlara verilən məlumata görə, texniki nasazlıq səbəbindən internetin verilişində problem yaranıb. Hazırda problemin aradan qaldırılması istiqamətində texniki işlər görülür. Nasazlığın nə zaman aradan qaldırılacağı isə dəqiq bildirilməyib.