Bakının bəzi küçələrində qısamüddətli təmir işləri aparılacaq

30.12.2025

Icma.az, Apa.az portalına istinadən məlumat verir.

Bayram tətili günlərində Bakının bəzi ərazilərində qısamüddətli təmir işləri icra olunacaq.

“APA-Economics” xəbər verir ki, qarşıdan gələn bayram tətili günlərində Bakı şəhərində nəqliyyat vasitələrinin hərəkət intensivliyinin azalması səbəbindən aparılacaq cari təmir işləri çərçivəsində 2 yanvar saat 00:00-dan dan etibarən Xətai prospekti ilə Əbdüləzəl Dəmirçizadə küçələrinin kəsişməsindən Heydər Əliyev prospektinin başlanğıcına kimi olan hissədə nəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılacaq (yol bağlanmır).

Məlumata görə, hərəkətin məhdudlaşdırılması işlər bitənədək, qısa müddət ərzində qüvvədə olacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью