Bakının bəzi rayonlarında qaz olmayacaq

06.11.2024

Yeniavaz saytından verilən məlumata görə, Icma.az xəbər verir.


Sabah Bakı şəhərinin 3 rayonunun qaz təchizatında fasilə yaranacaq.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb.
Bildirilib ki, noyabrın 7-də saat 10:00-dan etibarən paytaxtın Binəqədi rayonu, Sulutəpə qəsəbəsində, Qaradağ rayonu, Lökbatan qəsəbəsində və Nərimanov rayonunda təmir-quraşdırma işləri aparılacaq.
Təmir işləri görülən müddətdə Sulutəpə qəsəbəsinin Hərbi yol ərazisinin, Lökbatan qəsəbəsinin 28 May küçəsinin, Nərimanov rayonunun isə R.Muxtarov küçəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью