Bakının bəzi yollarında sıxlıq müşahidə olunur AZƏRTAC

31.12.2024

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 31 dekabr, AZƏRTAC

Bakının bəzi yollarında sıxlıq yaranıb.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən AZƏRTAC-a verilən məlumata görə hazırda:

- Səməd Vurğun küçəsi, Lev Tolstoy küçəsi ilə kəsişmədən Neftçilər prospekti istiqamətində;

- Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;

- Zərifə Əliyeva küçəsində;

- Mikayıl Useynov prospekti, Bayraq Meydanının qarşısından “Azneft” dairəsi istiqamətində sıxlıq müşahidə olunur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью