Bakının bir qəsəbəsində qaz olmayacaq

17.09.2025

Icma.az, Oxu.az saytına istinadən bildirir.

Sabah Zabrat qəsəbəsində qaz təchizatı dayandırılacaq.

Oxu.Az bildirir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, Sabunçu rayonu, Zabrat qəsəbəsində qaz tənzimləyici şkafın quraşdırılması və yeni çəkilən xəttin mövcud şəbəkəyə birləşdirilməsi işləri ilə əlaqədar sabah saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Bildirilib ki, qaz təchizatı dayandırılan müddətdə Zabrat qəsəbəsi, Oktyabr, Yeni Məhəllə, Tramvaynıy və Axundov küçələrinin qaz təchizatında fasilə yaranacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью