Bakının bir qəsəbəsində saatlardır işıq yoxdur

21.12.2024

Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakının Binəqədi rayonunun Sulutəpə qəsəbəsinin bir hissəsində saatlardır işıq yoxdur.

Bu barədə Oxu.Az-a qəsəbə sakinləri məlumat veriblər.

Bildirilib ki, "Azərişıq" ASC saat dekabrın 20-si 12:00-da Aşağı Sulutəpədə təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişinin dayandırılacağını və 16:00-da yekunlaşacağını bildirsə də, gec saatlaradək qəsəbənin bəzi yerlərində işıq olmayıb. Bundan sonra isə gecə 3-dən elektrik verilişi dayandırılıb.

Sakinlər əlavə ediblər ki, qəsəbədə, demək olar ki, hər gün elektrik verilişində saatlarla fasilə yaranır.

Nərmin Muradova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью