Bakının bir rayonunda suyun verilməsində fasilə yaranacaq

26.05.2025

Icma.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.

Bakının Nizami rayonunu içməli su ilə təchiz edən magistral xətdə aparılacaq təmir və bərpa işləri ilə əlaqədar mayın 27-də səhər saatlarından axşamadək rayon ərazisinə suyun verilməsində fasilə yaranacaq.

Bu barədə Sherg.az Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyindəki İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə istinadən xəbər verir.

"Təmir işləri yekunlaşdırıldıqdan sonra suyun əvvəlki rejimlə verilməsi təmin ediləcək", - ADSEA bildirir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью