Bakının bir sıra ərazisində işıqlar sönəcək

02.11.2026

Icma.az, Sherg.az portalına istinadən məlumat verir.

Bakının bir sıra ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq.

Sherg.az xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.

Bildirilib ki, abonentlərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması məqsədilə noyabrın 2-də Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidmət ərazisində yerləşən transformator məntəqəsində (TM) təmir işləri aparılacaq.

Bununla əlaqədar rayonun Abuzər Xələfov, Mirəli Seyidov, Şəfayət Mehdiyev və Tələt Qasımov küçələrində, Uluxanlı küçəsində, Hüseyn Cavid və Mətbuat prospektlərində, eləcə də İkinci Alatava yaşayış massivinin bir hissəsində saat 10:00-dan 13:00-dək elektrik enerjisinin verilişi dayandırılacaq.

Qeyd olunub ki, təmir işləri elektrik enerjisinin keyfiyyətinin yüksəldilməsinə və artan yük tələbatının qarşılanmasına xidmət edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью