Bakının bir sıra küçə və prospektlərində sıxlıq müşahidə olunur AZƏRTAC

04.01.2025

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 4 yanvar, AZƏRTAC

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxt Bakının küçə və prospektlərində müşahidə olunan vəziyyəti açıqlayıb.

NİİM-dən AZƏRTAC-a bildirilib ki, hazırda Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər, Niyazi küçəsi - "Azneft" dairəsi, Yusif Səfərov küçəsi - mərkəz, Bakı-Sumqayıt şosesi - "Xırdalan" dairəsi, Bakı-Sumqayıt şosesi - "20 Yanvar" metrostansiyası, Rəşid Behbudov küçəsi - Mərkəzi Bank istiqamətlərində sıxlıq müşahidə olunur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью