Bakının bu ərazilərində də parklanma yerləri təşkil edildi

02.12.2024

Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən paytaxtın müxtəlif ərazilərində parklanma yerləri təşkil edilib.

AYNA-dan Axar.az-a bildirilib ki, Neftçi Qurban, Dilarə Əliyeva, Sülh, Nizami, İsmayıl Məmmədov, Nizami İsmayılov küçələrində, Bülbül prospektində və “4 saylı ASAN Xidmət” mərkəzi yaxınlığında yerləşən ərazilərdə parklanma yerləri təşkil edilib.

"Məqsədimiz hərəkət iştirakçılarına daha rahat və təhlükəsiz bir mühit yaratmaqdır",- qurumdan əlavə edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью