Turkstan.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakının mərkəzə yaxın ərazilərində yerləşən mənzillərin qiyməti və icarə haqqı nəqliyyat xətlərinin əlçatanlığı baxımından xeyli yüksəkdir.
Bu səbəbdən bir çox hallarda mənzil sahibləri şəhərin ucqar guşələrində daha münasib qiymətlərə mənzil almağa, yaxud kirayə yaşamağa üstünlük verirlər.
Ötən günlərdə Azərbaycan Prezidenti İlham Əliyevin Bakıda yeni 10 metro stansiyasının tikintisi ilə bağlı göstəriş verməsi, ardınca Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Bakıda tramvay xətti çəkilə biləcəyi ilə bağlı xəbəri həmin ərazilərdəki mənzillərin qiyməti ilə bağlı sual yaratdı.
Yeni nəqliyyat xətlərinin çəkilməsi ilə əlaqədar hansı ərazilərdə evlərin qiyməti bahalaşacaq?
Turkustan.az xəbər verir ki, mövzu ilə bağlı fikirlərini “Operativ Media”ya bildirən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, iqtisadçı-ekspert Vüqar Oruc vurğulayıb ki, ev qiymətlərində artım təbiidir: “İstənilən nəqliyyat növü üçün yeni xətlərin yaradılması infrastrukturun inkişafı deməkdir.
Əgər bir ərazidə infrastruktur inkişaf edirsə, bu o deməkdir ki, həmin ərazidə yerləşən obyektlərin və yaşayış binalarının qiymətlərində artım olacaq.
Qeyd etmək lazımdır ki, Bakı şəhərinin baş planı 2040-cı ilə qədər işlənilib və təsdiqlənib.