Bakının bu ərazilərində işıqlar sönəcək

08.06.2026

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu gün Bakının bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

"Azərişıq"dan Modern.az-a verilən məlumata görə, iyunun 8-də Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində Transformator Məntəqəsində (TM) təmir-təftiş işləri aparılacaq. Bununla əlaqədar olaraq saat 10:00-dan 13:00-dək Parlament prospekti, Mikayıl Müşviq, Kazım Kazımzadə, İsmayıl bəy Qutqaşınlı küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Həmçinin Nizami RETSİ ərazisində yerləşən TM-də aparılacaq təmir-təftiş işləri ilə əlaqədar fasilə saat 10:00-dan 13:00-dək İlham Müzəffəroğlu, Əli Vəliyev küçələri, Qara Qarayev prospektinin bəzi hissələrini əhatə edəcək.

Təmir-təftiş işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью