Icma.az, Sherg.az portalına istinadən məlumat yayır.
Bakının Xətai rayonunun bir sıra ərazilərinə istilik verilməsində fasilə yaranıb.
“Azəristiliktəchizat” ASC-nin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Elvin Basqallı bununla bağlı məlumat verib.
Bildirilib ki, “Azərenerji” ASC-nin “Bakı İEM” MMC-yə məxsus 2 saylı util-qazan qurğusunda yaranmış qüsurların aradan qaldırılması ilə əlaqədar “Azəristiliktəchizat” ASC-yə istilik enerjisinin ötürülməsi müvəqqəti dayandırılıb.
Bu səbəbdən Xətai rayonunun Cavanşir, Məhəmməd Hadi və Xudu Məmmədov küçələrində, eləcə də Gəncə prospektinin əhatə etdiyi ərazilərdə istilik təchizatında fasilə yaranıb. Hazırda fasilənin yaxın saatlarda aradan qaldırılması və istilik təchizatının bərpası istiqamətində işlər aparılır.