Bakının bu ərazilərində qaz kəsiləcək

04.11.2024

Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Keşlə QPS-dən qidalanan qaz xəttində aşkar olunmuş qaz sızmasının ləğv olunması məqsədilə 05.11.2024-cü il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Modern.az xəbər verir ki, bununla bağlı “Azəriqaz” İB məlumat yayıb.

Bildirilib ki, təmir-bərpa işləri aparılan müddətdə Xətai rayonunun Corad və Ş.Səmədov küçələrinin, eləcə də H.Aslanov qəsəbəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью