Bakının bu ərazilərində qaz təchizatı dayandırılacaq

12.02.2025

Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Səbail rayonu, Badamdar qəsəbəsi, T.Məmmədov küçəsi 64 ünvanında yeraltı orta təzyiqli qaz xəttində aşkar olunmuş qaz sızmasının ləğvi məqsədilə 12.02.2025-ci il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

APA xəbər verir ki, Qaz təchizatı dayandırılan müddətdə S.İbrahimxəlilov, Ə.Nəzərov, Məktəbli, S.Məmmədov, N.Paşayev, C.Məmmədli, İ.Ağayev, T.Məmmədov küçələrinin, həmçinin 9-cu, 10-cu, 11-ci, 12-ci, 13-cü Badamdar, Neftçilər döngəsi adlanan yasayış ərazilərin qaz təchizatı müvəqqəti dayandırılacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью